Beyləqanda maşın piyadanı vuraraq öldürüb


  • 09:09

Beyləqanda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

E-huquq.az xəbər verir ki, hadisə magistral küçənin 16-cı kilometrliyindən Yuxarı Qarabağ kanalı istiqamətində qeydə alınıb.

Nağıyev Akif Xanağa oğlu özünə məxsus "VAZ 2104" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, qarşı hərəkət zolağına çıxaraq yolun hərəkət hissəsinin sol kənarında dayanan piyada Şirinov Səyyaf Qədir oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakt araşdırılır.

Oxşar xəbərlər