Bakıda yük avtomobili dərəyə yuvarlandı, ölən var


  • 22 Sentyabr 12:08

Bakda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, qəza paytaxtın Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, yol-nəqliyyat qəzası nəticəsində yük avtomobili dərəyə yuvarlanıb. Sürücünün meyiti nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər