"Fənərbağça" - "Qalatasaray" oyununa görə Bakıda kütləvi dava: Saxlanılanlar var - YENİLƏNİB


  • 22 Sentyabr 00:19

Bakının Xətair rayonunun Əhmədli qəsəbəsində baş verən kütləvi dava ilə bağlı təhqiqat araşdırmasına başlanılıb.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları hadisədən məlumatlıdırlar:

"Ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Əlavə məlumat veriləcək".

***

2024.09.21 - 23:57

Bakının Əhmədli qəsəbəsində kütləvi dava baş verib.

E-huquq.az xəbər verir ki, hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, davaya səbəb az əvvəl başa çatan "Fənərbağça" - "Qalatasaray" oyunu olub.

Hər iki klubun fanatları arasında oyun bitəndən sonra mübahisə yaranıb. Əlbəyaxa dava polisin müdaxiləsindən sonra dayanıb. Bir neçə şəxsin saxlandığı bildirilir.

Oxşar xəbərlər