Goranboyda evdə yanğın zamanı körpə xəsarət alıb - YENİLƏNİB


  • 15 Sentyabr 18:57

Goranboy rayonunun Veyisli kəndində yanğın nəticəsində xəsarət alan 6 aylıq Ö.Məmmədovdur.

E-huquq.az xəbər verir ki, müxtəlif dərəcəli yanıq xəsarətləri alan körpə Gəncə şəhərində yerləşən xəstəxanlardan birinə çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

***

18.31

Goranboy rayonunun Veyisli kəndində ümumi sahəsi 95 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər