Şamaxıda təmir sexi və avtomobil yandı


  • 14 Sentyabr 20:31

Şamaxı rayonunda yanğın olub.

E-huquq.az FHN-ə istinadən xəbər verir ki, rayon ərazisində, Bakı-Qazax yolunun 119-cu kilometrliyində ümumi sahəsi 200 m² olan 6 boksdan ibarət avtomobil təmiri sexinin sahəsi 30 m² olan boksunun yanar konstruksiyaları və içərisində təmirə dayanan "Niva" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər