İmişlidə 5 ədəd sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb


  • 27 İyul 08:51

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində işlər görülür.

Şöbədən e-huquq.az-a verilən məlumata görə aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində ötən gün rayon sakinlərindən 5 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Oxşar xəbərlər