Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanıldı


  • 25 İyul 23:11

Xəzər rayonu Yeni Qala qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Fərrux Babayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən e-huquq.az-a bildirilib ki,Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən 1987-ci il təvəllüdlü Ehtiram Cavadov saxlanılaraq istintaqa təqdim edilib.

Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər