Salyanda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var


  • 25 İyul 09:21

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

E-huquq.az-ın məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-21015” markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində Salyan şəhər sakinləri, 1998-ci il təvəllüdlü Babayev Elnur Elman oğlu və 2001-ci il təvəllüdlü Məmmədov Əlikram Əli oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər