Bakıda bir nəfərin 35 min manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən əcnəbi saxlanıldı


  • 20 İyul 12:04

Bakının Nəsimi rayonunda bir nəfərin 35 min manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən əcnəbi vətəndaş saxlanılıb.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluqda şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Oxşar xəbərlər