Bakıda yaşayış binasındakı yanğın söndürülüb - FOTO - YENİLƏNİB


  • 7 İyul 18:41

Xətai rayonu, Əliağa Şıxlinski küçəsində baş vermiş yanğın söndürülüb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yayılaraq mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”, – FHN diqqətə çatdırıb.

***

18.09

Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yaşayış binasındakı yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

E-huquq.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər