Salyanda yol qəzasında 3 nəfər xəsarət alıb


  • 5 İyul 09:09

Salyanda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

E-huquq.az-ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində Cəlilabad rayon sakinləri, Rəşidov Zaur Zaman oğlu, 1993-cü il təvəllüdlü Pirverdiyeva Rüfanə Pirverdi qızı və 2021-ci il təvəllüdlü Pirverdiyeva Tehranə Zaur qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər