Şəkidə fərdi yaşayış evində yanğın baş verdi - YENİLƏNDİ


  • 4 İyul 23:55

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki şəhərinin Çələbixan qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

E-huquq.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 91 m² olan kürsülü, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxi, sanitar qovşağı 21 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

***

22.17

Şəkidə hazırda yaşayış olmayan və sahibi bilinməyən fərdi yaşayış evində yanğın baş verib.

E-huquq.az xəbər verir ki, axşam saatlarında rayonun Çələbixan qəsəbəsində qeyd əalınıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində ümumi sahəsi 91 kv/m olan 3 otaqdan ibarət evin mətbəxti və sanitar qovşağının 21 kv/m-lik sahəsi, dam örtüyünün isə 35 kv/m-lik sahəsi yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər