Beyləqanda avtomobil ağaca çırpılıb, sürücü ölüb


  • 4 İyul 09:58

Beyləqan rayonunda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var.

E-huquq.az xəbər verir ki, hadisə Mil qəsəbəsi istiqamətində qeydə alınıb.

1987-ci il təvəllüdlü Vəliyev Hafiz Fəyyaz oğlunun idarə etdiyi “Khazar LX Minik" markalı avtomobili idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə H.Vəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobildə sərnişin qismində olan 1996-cı il təvəllüdlü Kazımov Münsif Şahin oğlu isə aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər