Suraxanıda yol qəzası oldu - VİDEO


  • 2 İyul 21:38

Suraxanı rayonunda yol qəzası olub, avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, E.Bəkirov küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “İSUZU” markalı avtobus ilə “Shacman” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və avtobusun sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1967-ci il təvəllüdlü Bayramov Fariz İbad oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxşar xəbərlər