Astarada güllələnmə oldu: Bir nəfər öldü


  • 29 İyun 23:59

Astarada güllələnərək qətlə yetirilən şəxsin kimliyi məlum olub.

DİN-in Mətbuat xidmətindən e-huquq.az-a bildirilib ki, iyunun 29-da saat 22 radələrində Astara rayonunun Şüvi kənd sakini 1967-ci il təvəllüdlü Namik Əhədovun ov silahı ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Şəxsi münasibətlər zəminində cinayəti törətməkdə şübhəli bilinən həmkəndlisi 1983-cü il təvəllüdlü Bəşir İsrafilov daha sonra həmin ov silahı ilə özünə xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

***

23.59

Astarada güllələnmə olub, bir nəfər ölüb.

E-huquq.az xəbər verir ki, hadisə Şüvi kəndində baş verib.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirməkdə şübhəli bilinir. Sonra o, özünün baş nahiyəsindən atəş açıb.

B.İsrafilov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report

Oxşar xəbərlər