Qazaxda avtomobilin vurduğu velosipedçi bir gün sonra xəstəxanada ölüb


  • 28 İyun 09:11

Qazaxda avtomobilin vurduğu velosipedçi bir gün sonra xəstəxanada ölüb.

E-huquq.az-ın məlumatına görə, iyunun 26-da 1978-ci il təvəllüdlü, "Sadaf Trade" MMC-də satış müvəkkili vəzifəsində işləyən, Qazax rayon sakini Mustafayev Yusif idarə etdiyi "Ford Transit" markalı
avtomobillə həmin zaman hərəkətdə olan velosipedçi 1988-ci il təvəllüdlü, Qazax rayon sakini Əmrahov Rəşadı vurub, sonuncu aldığı xəsarətlərlə bağlı Qazax RMX PHŞ-nə yerləşdirilib. Lakin yaralı 1 gün sonra müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Qazax rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər