Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNDİ


  • 27 İyun 23:55

Abşeron rayonu "Şəfəq" qəsəbəsində baş verən yanğınla bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 6 nəfər (kişi cinsli) yerləşdirilib.

Bu barədə e-huquq.az-a Sumqayıt Tibb Mərkəzindən bildirilib.

Onlara digər qazların toksiki təsiri diaqnozu təyin edilib. Vəziyyəti qənaətbəxş hesab olunan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 3 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.

***

23.37

Sumqayıt şəhəri, stansiya Sumqayıt adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı xəsarət alanların kimliyi məlum olub.

E-huquq.az xəbər verir ki, yanğın nəticəsində 6 nəfər tüstüdən zəhərlənib:

2001-ci il təvəllüdlü Tural Məmmədov,

1994-cü il təvəllüdlü Elvin Nağıyev,

1999-cu il təvəllüdlü Məhəmməd Yaşar,

Tərlan Kərimov,

Mütəllim İbrahimov,

Fərid Nədibov.

***

22.37

Sumqayıt şəhərində yaşayış binalarından birində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən e-huquq.az-a bildirilib ki, bütün zəruri tədbirlər görülür, ərazi və sakinlərin əmlakı mühafizəyə götürülüb.

Qeyd edək ki, Sumqayıt şəhəri, stansiya Sumqayıt adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı 25 bina sakini təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunub.

Oxşar xəbərlər