- 08:45
Ağdərədə odlu silahlar aşkar edilib.
Bu barədə e-huquq.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin və Daxili Qoşunların hərbi qulluqçuları Ağdərə rayonunun Umudlu kəndi ərazisində xidmətdə olan zaman 3 pulemyot, 1 qumbaraatan və 1 avtomat aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır.