- 21:46 | 31.05.2023
- Hadisə
Mayın 31-i Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini 1992-ci il təvəllüdlü Şıxəliyev Xəlil Həsən oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
E-huquq.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda qəsdən adamöldürmə faktı üzrə cinayət işi başlanıb.
ilkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Nəcəfov Gündüz Nəcəf oğlunun yaşadığı Püsyan kəndi ərazisində həmkəndlisi Xəlil Şıxəliyevi bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb və Gündüz Nəcəfov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.