İmişli və Balakəndə yanğın oldu


  • 09:40

İmişli şəhərində 4 otaqlı evdə yanğın olub.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 84 m² (hər mərtəbəsi 42 m²) olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 21 m² sahədə, taxtadan ibarət eyvanı 24 m² sahədə və dam örtüyü yanıb.Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Balakən rayonunun Kortala kəndində isə ümumi sahəsi 77 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər