Bakıda çörək sexində yanğın oldu


  • 10:30

Bakının Sabunçu rayonunda yanğın olub.

Fövqəladə Hallar nazirliyindən e-huquq.az-a verilən xəbərə görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 2800 m² (hər mərtəbəsi və mansardası 700 m²) olan üçmərtəbəli mansarda tipli çörək sexinin 3-cü mərtəbəsində sobanın izolyasiya üzlüyü 10 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər