- 25 Aprel 21:52
Son iki həftədə Türkiyədə İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 210 nəfər yaxalanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir Ankara, İstanbul və İzmir də daxil olmaqla 49 vilayətdə İŞİD-ə qarşı əməliyyatların keçirildiyini bildirib. Əməliyyatlar zamanı 210 şübhəlinin tutulduğunu bildirən Yerlikaya, şübhəlilərin terror təşkilatı daxilində fəaliyyət göstərdiklərini və təşkilata maliyyə təmin etdiklərini qeyd edib.
"Terrora qarşı birlik, və həmrəylik bizim ən böyük gücümüzdür. Xalqımızın sülh və təhlükəsizliyini təmin etmək üçün əməliyyatlarımızı fasiləsiz davam etdiririk" - deyə nazir əlavə edib.
Şəbnəm Mehdizadə