- 25 Aprel 21:52
Türkiyənin İstanbul şəhərində baş verən güclü zəlzələdən sonra əhali arasında narahatlıq yaşanır.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, zəlzələdən sonra evlərinə girmək istəməyən bəzi vətəndaşlar idman salonlarında və parklarda gecələyir.
Bəzi ailələr stadionalardakı tamaşaçı oturacaqlarında qalır. Üsküdar, Kağıthane və digər səmtlərdə sakinlər qurduqları çadırlarda qalır.
Aidiyyəti qurumlar çadırlarda qalan vətəndaşlara qida paylayıb.
Şəbnəm Mehdizadə