- 25 Aprel 21:52
Türkiyənin İstanbul şəhərində bərk məişət tullantıları zavodunda güclü partlayış olub.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Tuzla səmtində yerləşn zavodda yerləşən çəndə naməlum səbəbdən partlayış baş verib.
Partlayışda 5 nəfər yaralanıb.
Bölgəyə xilasetmə, polis, tibb qrupları cəlb edilib.
Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Yanğınsöndürmə qrupları ərazidə işlərini davam etdirir.
Şəbnəm Mehdizadə