İngiltərə Suriyada 12 qurum və təşkilata qarşı sanksiyaları ləğv etdi


  • 25 Aprel 15:26

İngiltərə Suriyadakı bəzi qurum və təşkilatlara qarşı sanksiyaları ləğv edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniya Suriyada bəzi dövlət qurumları da daxil olmaqla 12 qurum və təşkilata qarşı sanksiyaları ləğv etmək qərarına gəlib.

Sanksiyaların götürüldüyü qurumlar arasında Suriyanın müdafiə və daxili işlər nazirlikləri, kəşfiyyat xidməti də daxil olmaqla müxtəlif dövlət qurumları və bəzi media qurumları var.

Sanksiyaların ləğvi ilə bu qurum və təşkilatlar artıq aktivləri dondurulmayanlar sırasındadır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər