Tailandda təyyarə qəzası nəticəsində 6 polis əməkdaşı həlak olub


  • 25 Aprel 15:22

Tailandda təyyarə qəzası nəticəsində 6 polis əməkdaşı həlak olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tailand polisi məlumat yayıb.

Məlumata görə, Prachuab Kiri Xan əyalətinin Hua Hin rayonunda kiçik bir polis təyyarəsi paraşüt təlimindən əvvəl sınaq uçuşu üçün havaya qalxıb. Yerli vaxtla saat 08:00 radələrində sınaq uçuşu zamanı təyyarə Hua Hin hava limanı yaxınlığında dənizə düşüb.

Qəzada təyyarədə olan 6 polis əməkdaşı həyatını itirib.

Hadisə ilə bağlı araşdırma başlanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər