- 25 Aprel 21:52
Türkiyənin Adana şəhərində yağan güclü yağış bəzi fəsadlar törədib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərdə yağan leysan yağışlardan sonra bəzi küçə və prospektlər su ilə dolub.
Şəhərin mərkəzində axşam saatlarından başlayan leysan fasilələrlə yağmağa davam edir.
Çukurova rayonunda bəzi yollarda əmələ gələn su gölməçələri nəqliyyatın hərəkətində çətinlik yaradıb, küçələrdə avtomobillər yolda qalıb.
Bələdiyyə əməkdaşları küçə və prospektlərdə yığılan suyun boşaldılması üçün işlərə başlayıb.
Şəbnəm Mehdizadə