Evə ildırım düşdü, ev sahibi yaralandı


  • 25 Aprel 14:42

Türkiyənin Amasya şəhərində fərdi yaşayış evinə ildırım düşüb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Amasyanın Göynücek rayonunda baş verib.

Güclü yağış zamanı evə ildırım düşməsi nəticəsində 1 nəfər yaralanıb.

Yaralı şəxs Göynücek Dövlət Xəstəxanasına aparılıb.

Amasya valiliyindən verilən açıqlamada leysan yağışların bir müddət davam edəcəyi bildirilib.

Vətəndaşlara sel və su basması kimi hadisələrə qarşı diqqətli olmaq barədə xəbərdarlıq edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər