Braziliyada ən qədim qarışqa fosili tapıldı


  • 25 Aprel 14:40

Braziliyanın Sao Paulo Universitetinin Zoologiya Muzeyində aparılan araşdırmalar nəticəsində 113 milyon il əvvələ aid dünyanın ən qədim qarışqa nümunəsi aşkar edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, əhəngdaşı içərisində qorunan fosil "Haidomyrmecinae" alt ailəsindən olan "cəhənnəm qarışqası" olaraq tanınır və indiki qarışqalardan tamamilə fərqli bir növü təmsil edir.

Tədqiqatın aparıcı müəllifi Anderson Lepeko bildirib ki, bu növ 2024-cü ilin sentyabrında Sao Paulo Universitetinin Zoologiya Muzeyində fosil kolleksiyasını araşdırarkən kəşf edilib.

"Böcəyin başındakı qəribə çıxıntını görəndə şoka düşdüm. Digər cəhənnəm qarışqalarının qəribə alt çənələri var, lakin bu növ ilk dəfədir ki, bu qədər təfərrüatlı şəkildə kəşf edilir", - deyə o qeyd edib.

Bu kəşfin qarışqaların təkamül inkişafı ilə bağlı mühüm məlumatlar verəcəyi bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər