- 25 Aprel 21:52
Türkiyənin Ərzurum binasında yaşayış binasında güclü yanğın olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ərzurumun Palandöken səmtində yerləşən bir yaşayış binasının birinci mərtəbəsində yaşayan bir şəxs boşanma prosesində olan həyat yoldaşı ilə mübahisə etdikdən sonra evini yandırıb.
Bölgəyə xilasetmə, təcili yardım və polis qrupları sövq edilib.
Binada təhlükəsizlik tədbirləri alındıqdan sonra binaya təbii qazın verilməsi dayandırılıb.
Tüstüdən zərər çəkən 16 nəfər qrupların köməkliyi ilə binadan çıxarılıb.
Zərərçəkmişlər təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.
Yanğın söndürüldükdən sonra polis qrupları evə baxış keçirib.
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.
Şəbnəm Mehdizadə