- 25 Aprel 21:52
Türkiyənin İzmir şəhərində PKK/KCK terror təşkilatına qarşı növbəti dəfə əməliyyat keçirilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İzmir Şəhər Prokurorluğunun apardığı istintaq çərçivəsində 6 nəfər barəsində həbs qərarı çıxarılıb.
Jandarma Komandanlığı tərəfindən keçirilən əməliyyatda 4 şübhəli saxlanılıb.
Digər iki şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.
Şəbnəm Mehdizadə