Moskvada partlayış nəticəsində Rusiya ordusunun generalı ölüb


  • 25 Aprel 14:03

Rusiyanın paytaxtı Moskvada baş verən partlayış nəticəsində Rusiya ordusunun generalı ölüb.

E-huquq.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Balaşixa şəhərində içində əldəqayırma partlayıcı qurğu yerləşdirilmiş maşın partlayıb. Partlayış zamanı maşının yanından keçən Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general Yaroslav Moskalik dünyasını dəyişib.

Partlayış o qədər güclü olub ki, generalın cəsədi bir neçə metr kənara atılıb.

Humay Eminqızı

Oxşar xəbərlər