- 25 Aprel 21:52
Çin ABŞ-dan idxal edilən bəzi malları 125% rüsumdan azad edə bilər və artıq bu planı həyata keçirmək üçün ilk addımları atır.
E-huquq.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Çinin Ticarət Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrup hazırda tariflərdən azad edilə biləcək malların siyahılarını tərtib edir.
Çindəki Amerika Ticarət Palatasının prezidenti Maykl Qartın sözlərinə görə, təşkilatın bəzi üzvləri son bir həftə ərzində yeni tariflər olmadan mal idxal edə biliblər.
Humay Eminqızı