Vaşinqtondan sülh tələbi: Ukraynanın ordu qurmaq hüququ rəsmi tanınmalıdır


  • 21:01

ABŞ Moskva ilə Kiyev arasında mümkün sülh razılaşmasının bir hissəsi kimi Rusiyadan Ukraynanın ordu və müdafiə sənayesi yaratmaq hüququnu tanımağı tələb edəcək.

E-huquq.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə keçirəcəyi növbəti görüşdə bu məsələni gündəmə gətirəcək.

Nəşr yazır ki, bu addım Tramp administrasiyasının həm Kremlin, həm də Ukraynanın müəyyən güzəştlərə getməsi ilə müharibəyə son qoymağa çalışdığını göstərir.

Oxşar xəbərlər