- 21:01
“Moskva-Siti” biznes mərkəzində baş verən yanğına səbəb yerə atılan siqaret kötüyü olub.
E-huquq.az “Lenta.ru”ya istinadən xəbər ki, hüquq-mühafizə orqanları bu versiyanı prioritet hesab edirlər.
Müstəntiqlərin ehtimalına görə, yerə atılan siqaret kötüyü tikinti materiallarının yanmasına səbəb olub. Daha sonra artan təzyiq nəticəsində üç yanacaq balonu partlayıb.
Siqareti yerə atan şəxsin şəxsiyyəti müəyyənləşdirilir.
Qeyd edək ki, aprelin 23-də "Moskva Siti" biznes mərkəzində partlayışlar və güclü yanğın hadisəsi baş verib. Yanğın "Afimal Siti" ticarət və əyləncə mərkəzinin inzibati binası boyunca yerləşən tikinti meydançasında baş verib. İlkin məlumata görə, xəsarət alan olmayıb.
Humay Eminqızı