Çin ticarət danışıqları ilə bağlı ABŞ-yə şərtlər qoyub


  • 16:47

Çin hökuməti danışıqların baş tutması üçün ABŞ-nin bütün birtərəfli tarifləri ləğv etməli olduğunu bildirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Pekin ölkələr arasında münasibətlərin şiddətli şəkildə pozulmasına gətirib çıxaracaq böhranı azaltmaq üçün ilk addımı ABŞ-nin atmalı olduğunu bildirib.

Qeyd edək ki, Çin danışıqlar üçün qapısının açıq olduğunu bildirib.

ABŞ prezidenti Donald Tramp tariflərin əhəmiyyətli dərəcədə azaldılacağını və qısa müddətdə razılaşma əldə ediləcəyini söyləsə də, Çin Xarici İşlər Nazirliyi bu barədə çıxan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər