Məhkəmə məşhur aviaşirkətin 10 milyon dollar təzminat ödəməsinə dair qərar qəbul edib


  • 16:15

"Air Canada" aviaşirkəti istehlakçı hüquqlarını pozduğuna görə 10 milyon dollardan çox təzminat ödəyəcək.

E-huquq.az xəbər verir ki, Kvebek Apellyasiya Məhkəməsi şirkətin bilet satışı zamanı aldadıcı qiymətlərlə müştərilərə ziyan vurduğuna görə belə bir qərar qəbul edib.

Qeyd edək ki, birinci instansiya məhkəməsi şirkətin qanun pozuntusuna yol verdiyini etiraf etsə də, təzminat ödənilməsinə ehtiyac olmadığına dair qərar verib.

Lakin apellyasiya məhkəməsi həmin qərarı ləğv edib və şirkətin sərnişinlərə pul ödəməli olduğuna qərar verib. İddia 15 il əvvəl istehlakçıların hüquqlarının müdafiəsi qrupu və Monreal sakini tərəfindən qaldırılıb. İddiaçılar biletin alınmasının ilkin mərhələsində göstərilən qiymətlə ödəniş mərhələsində tutulan rüsum arasında 124 Kanada dolları fərq olduğunu iddia edərək əlavə vergi, rüsum və əlavə ayırmaların geri qaytarılmasını tələb ediblər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər