“Tesla” avtomobillərinin Avropa bazarında satışı xeyli azalıb


  • 13:58

Avropa İttifaqı (Aİ) ölkələrində "Tesla" şirkətinə məxsus avtomobillərin satışları bu ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 45 faiz azalıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) məlumata yayıb.

Məlumata görə, keçən ilin mart ayında 28 463 olan "Tesla" satışları bu ilin eyni dövründə 36 faiz azalaraq 18 224-ə düşüb.

Markanın Aİ-də ümumi yeni avtomobil satışlarında payı da mart ayında 2,8 faizdən 1,8 faizə düşüb. Yanvar-mart dövründə "Tesla"nın Aİ ölkələrində satışları keçən ilin eyni dövrü ilə müqayisədə 45 faiz azalıb. Keçən ilin ilk rübündə 65 min 774 olan Tesla satışları bu ilin birinci rübündə 36 min 167-yə düşüb. Şirkətin Aİ bazarındakı ümumi payı da 2,4 faizdən 1,3 faizə düşüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər