Türkiyə Konstitusiya Məhkəməsinin 63 illiyi qeyd ediləcək


  • 13:40

Türkiyə Konstitusiya Məhkəməsinin 63-cü ildönümü qeyd ediləcək.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 1962-ci il aprelin 25-də yaradılan Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya və başçılıq etdiyi nümayəndə heyəti ilk olaraq Anıtkabirə səfər edəcək.

Həmçinin sabah İstanbuldakı Dolmabahçe sarayında Konstitusiya Məhkəməsinin 63-cü ildönümü ilə bağlı açılış mərasimi keçiriləcək. Sədr Kadir Özkaya burada açılış nitqi ilə çıxış edəcək. Tədbirlər çərçivəsində 2 günlük beynəlxalq simpozium keçiriləcək.

Mövzusu “21-ci əsrdə Konstitusiya ədalət mühakiməsinin gələcəyi” olan simpoziumda 37 ölkə və 7 beynəlxalq qurum və təşkilatdan çoxlu nümayəndə iştirak edəcək. Simpozium çərçivəsində “Rəqəmsal dövrdə konstitusiya yurisdiksiyası” və “Konstitusiya yurisdiksiyasında yeni problemlər və imkanlar” mövzularının müzakirəsi üçün sessiyalar keçiriləcək.

Bu günə qədər 29 ölkənin konstitusiya və ali məhkəmələri ilə əməkdaşlıq müqaviləsi imzalayan Türkiyə Konstitusiya Məhkəməsi İraq Federal Ali Məhkəməsi, Misir Ali Konstitusiya Məhkəməsi və Əlcəzair Konstitusiya Məhkəməsi ilə ikitərəfli əməkdaşlıq müqavilələri imzalayacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər