5 PKK terrorçusu təhlükəsizlik qüvvələrinə təslim olub


  • 13:28

Separatçı terror təşkilatı PKK-nın daha 5 terrorçusu təhlükəsizlik qüvvələrinə təslim olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.

Bildirilib ki, terrorla mübarizə çərçivəsində İraqın Şimalındakı terror düşərgələrindən qaçan 3, həmin bölgədə mağarada aşkarlanan və “təslim ol” əmrinə tabe olan 2 terrorçu təslim olub.

Davam edən əməliyyatlar və axtarış tədbirləri çərçivəsində “Pəncə-Kilid” əməliyyat bölgəsində aşkarlanan terrorçulara məxsus sığınacaq və mağaralarda çoxlu sayda silah, sursat və müxtəlif ləvaziamatlar ələ keçirilərək məhv edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər