Norveçdə ABŞ alimləri üçün yeni fond yaradılıb


  • 13:17

Norveç hökuməti tanınmış ABŞ alimlərini ölkəsinə cəlb etmək üçün yeni 100 milyon kronluq fond yaradıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Donald Tramp administrasiyasının ABŞ-də vəzifəyə qayıdışından sonra akademik azadlığa təzyiq artdığı üçün Norveç hökuməti belə bir addım atıb.

Norveç Tədqiqat Şurası ölkəyə xaricdən ixtisaslı alimləri cəlb etmək üçün 100 milyon Norveç kronundan (təxminən 7,2 milyon funt sterlinq) ibarət fond yaradıldığını elan edib.

Fond dünyanın hər yerindən müraciətlər üçün açıq olacaq.

Norveç Ali Təhsil və Araşdırma Naziri Sigrun Aasland, fondun yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyini deyib.

“Biz yüksək səviyyəli elm adamları və mühüm bilik istehsalı üçün fərq yarada bilərik. Bunu mümkün qədər tez etmək istəyirik. ABŞ-də akademik azadlıq təzyiq altındadır və uzun illər dünyanın bilik mərkəzi olan bu ölkədə bir çox elm adamı üçün vəziyyət indi çox ürəkaçan deyil” - deyə nazir əlavə edib.

Fond ilk növbədə iqlim, sağlamlıq, enerji və süni intellekt sahələrində tədqiqatları dəstəkləyəcək. Tədqiqat Şurası gələn aydan bu sahələr üzrə layihə ərizələrinin qəbuluna başlayacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər