Fransanın Baş nazirinin qızı təhsil aldığı katolik məktəbində vəhşicəsinə döyülüb


  • 13:07

Fransanın Baş naziri Fransua Bayrunun qızı Helene Perlant katolik məktəbində zorakılığa məruz qaldığını açıqlayıb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bu sözləri baş nazirin 53 yaşlı qızı Helene Perlant “Paris Match” jurnalına verdiyi müsahibədə deyib.

O, 1980-ci illərdə təhsil aldığı Notre-Dame de Betharram özəl katolik məktəbində qatıldığı yay düşərgəsi zamanı bütün tələbələrin gözü qarşısında bir keşiş tərəfindən döyüldüyünü bildirib. Perlant hadisə baş verən zaman 14 yaşında olduğunu və atasına heç nə demədiyini bildirib.

Qeyd edək ki, 2024-cü ilin fevral ayından məktəbə qarşı 200-dən çox cinayət hadisəsi ilə bağlı şikayət edilib. Bunların 90-ı cinsi zorakılıq iddiaları ilə bağlıdır. Bəzi şikayətlərə birdən çox keşişin iştirak etdiyi qrup təcavüzü ittihamları daxildir. Betharram məktəbinin “bir kult və ya totalitar rejim kimi” fəaliyyət göstərdiyini deyən Perlant tələbələrə və müəllimlərə güclü psixoloji təzyiqin edildiyini, buna görə heç kimin səsini çıxara bilməyəcəyini söyləyib.

Bununla yanaşı Baş nazirin arvadı məktəbdə dini təhsil verir. Onun üç övladı da Betharramda təhsil alıb. Bundan əlavə, baş nazir uzun illər məktəbin yerləşdiyi ərazidə yerli siyasətçi kimi fəaliyyət göstərib. Lakin baş nazir zorakılıq iddialarından xəbərsiz olduğunu bildirib.

Lakin müxalifət partiyaları iddia edir ki, onun xüsusilə 1990-cı illərdə təhsil naziri olduğu və regional siyasətə hakim olduğu vaxtlarda baş verənlərdən xəbəri olduğuna dair ciddi şübhələr var.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər