- 16:47
Avstraliyanın Viktoriya ştatında koalaların öldürülməsi etirazlara səbəb olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Aprelin əvvəlində ştatın Budj Bim Milli Parkında başlayan və indiyədək təxminən 700 koalanı məhv edən əməliyyat ictimaiyyətin kəskin reaksiyasına səbəb olub.
Heyvanları müdafiə edən təşkilatlar əməliyyatdan sonra bir çox körpə koalanın anasız qaldığını bildirib.
Rəsmilər ərazidəki meşə yanğınlarının 2000 hektardan çox yaşayış sahəsini məhv etdiyini, koalaları aclıq, susuzluq və ciddi xəsarətlərə səbəb olacağını bildirib.
Lakin əməliyyatın helikopterdən atəş açılaraq həyata keçirilməsi reaksiyaları daha da artırıb.
Heyvan hüquqları müdafiəçiləri deyirlər ki, vertolyotlardan aparılan müşahidələr qeyri-kafidir və təxminən 30 metr hündürlükdən edilən qiymətləndirmələr sağlam koalaların, hətta balaları olan anaların səhvən hədəfə alınmasına səbəb ola bilər.
Melburnda yerləşən “Yerin Dostları” ətraf mühit qrupu əməliyyatın dayandırılmasını və müstəqil müşahidəçilərin əraziyə girişinə icazə verilməsini istəyib.
Oxşar üsullar bəzən Avstraliyanın milli parklarında vəhşi at və maral populyasiyalarını balanslaşdırmaq üçün istifadə olunur. Lakin koalalar üçün bu cür müdaxilə olduqca qeyri-adi hesab olunur.
Şəbnəm Mehdizadə