- 16:47
Türkiyənin İzmir şəhərində FETÖ terror təşkilatına qarşı növbəti dəfə əməliyyat keçirilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İzmir Şəhər Prokurorluğunun apardığı istintaq çərçivəsində təşkilatın gizli strukturuna daxil olmaqda şübhəli bilinən 7 nəfər haqqında həbs qərarı çıxarılıb.
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və jandarma qüvvələrinin İzmirdə keçirdiyi əməliyyat zamanı 6 şübhəli saxlanılıb.
Bir şübhəlinin xaricdə olduğu müəyyən edilib.
Araşdırmalar davam edir.
Şəbnəm Mehdizadə