- 16:47
Türkiyənin İstanbul şəhərində avtosalonda güclü yanğın baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Sancaktəpə rayonunda yerləşən avtosalonda naməlum səbəbdən yanğın baş verib.
Yanğın nəticəsində partlayış baş verib.
Əraziyə çoxlu sayda yanğınsöndürən, təcili yardım və polis qrupları göndərilib.
Qruplar yanğını nəzarət altına almaq üçün dərhal işə başlayıb.
Təxminən 2 saat sonra yanğın nəzarət altına alınaraq söndürülüb.
Hadisə zamanı 7 avtomobilə ziyan dəyib.
Şəbnəm Mehdizadə