- 23 Aprel 23:08
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü günortadan sonra Mərmərə dənizində baş verən zəlzələ nəticəsində insan itkilərinin olmadığını bildirib.
E-huquq.az xəbər verir ki, o, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) İstanbul qərargahında keçirilən iclasından sonra məlumat verib.
“Bu gün Mərmərə dənizində baş verən və İstanbulda və ətraf vilayətlərdə hiss olunan 6,2 bal gücündə zəlzələdən zərər çəkmiş bütün vətəndaşlarımıza ən xoş arzularımı çatdırmaq istəyirəm. Biz indicə AFAD-ın İstanbul regional ofisində geniş toplantı keçirdik. Biz ən aktual məlumatları aldıq və zəlzələnin nəticələrini minimuma endirmək üçün görülmüş və görülməli olan tədbirləri qiymətləndirdik. Zəlzələnin hiss olunduğu şəhərlərdə günorta saatlarından etibarən apardığımız axtarış və yoxlama tədbirləri nəticəsində heç bir problem aşkar edilməyib. Zəlzələ nəticəsində ölən olmayıb”, - deyə o qeyd edib.