- 00:20
Türkiyənin Səhiyyə naziri Kamal Memişoğlu Fövqəladə Hallar İdarəsinin operativ qərargahında bildirib ki, İstanbul bölgəsi və onun ətrafında baş verən zəlzələ nəticəsində 240-a yaxın Türkiyə vətəndaşı xəsarət alıb.
E-huquq.az xəbər verir ki, xəsarətlərin çoxuna insanların təşviş içində evdən çölə atılması səbəb olub. O, birbaşa İstanbulda 173 nəfərin yaralandığını və qurbanların əksəriyyətinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığını qeyd edib.
Aprelin 23-ü günorta saatlarında İstanbulda 6,2 bal gücündə ilk zəlzələdən sonra 10 afterşokun baş verdiyi bildirilib.