Gürcüstanda polisə tabe olmayan əcnəbilərə ölkəyə giriş qadağası qoyulacaq


  • 23 Aprel 19:01

Gürcüstanda əcnəbilərin törədə biləcəyi bəzi qanunsuz əməllərə görə cəzalar sərtləşdiriləcək.

E-huquq.az xəbər verir ki, bununla bağlı ölkənin İnzibati Xətalar Məcəlləsinə düzəlişlər ediləcək.

Qanunvericilik layihəsinə əsasən, xırda xuliqanlığa, hüquq-mühafizə orqanı əməkdaşının qanuni tələbinə tabe olmamağa, həmçinin rəsmiləri, vəzifəli şəxsləri, dövlət qulluqçularını şifahi təqhir etməyə görə xarici ölkə vətəndaşı Gürcüstandan qovulacaq və onun ölkəyə girişinə üç ilədək müddətə qadağa tətbiq olunacaq.

Qeyd edək ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin hazırladığı layihə ölkə parlamentində müzakirəyə çıxarılacaq.

Oxşar xəbərlər