- 00:20
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun başlamasına iki ay qalmış 92-dən çox ölkə və ərazinin nümayəndələri öz iştirakını təsdiqləyib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur.
"Bu, göstəricilər dünyada yeni iqtisadi əlaqələrin formalaşması üçün aparıcı platforma kimi Forumun artan qlobal əhəmiyyətini əyani şəkildə nümayiş etdirir”, - deyə Rusiya Federasiyası Prezidentinin müşaviri və Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun Təşkilat Komitəsinin icraçı katibi Anton Kobyakov qeyd edib.
Onun sözlərinə görə, 2025-ci ildə Asiya, Afrika və Latın Amerikası ölkələri foruma xüsusi maraq göstəriblər.
Humay Eminqızı