- 00:20
Türkiyənin İstanbul şəhərində baş verən güclü zəlzələdən sonra bir sıra yollarda tıxaclar yaranıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələdən sonra evlərini tərk edən bəzi sakinlər avtomobilləri ilə yola çıxmağa üstünlük veriblər.
Nəticədə şəhərin əsas prospekt və küçələrində nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.
Hazırda şəhərin Üsküdar, Kadıköy, Ataşehir və Ümraniye bölgələrində nəqliyyat sıxlığı müşahidə olunur.
Qeyd edək ki, bu gün günorta saatlarında İstanbulda 6.2 bal gücündə zəlzələ baş verib.
Şəbnəm Mehdizadə